Rusiya dövlətinə məxsus “Rosatom” korporasiyası erməni tərəfdaşlara respublika üçün ətraflı və son dərəcə əlverişli təkliflər paketi təqdim edib və onları mümkün qədər tez reallaşdırmağa hazırdır.
"PostMedia" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “Noev Kovçeg” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət Metsamor Atom Elektrik Stansiyası üçün yeni enerji blokunun tikintisindən gedir.
Səfir əlavə edib ki, hazırda qərar Yerevanın ixtiyarındadır.
“Etibarlı, sınaqdan çıxmış texnologiyaların mövcudluğu, eləcə də cəlbedici maliyyə şərtləri baxımından real alternativlər yoxdur”, – deyə səfir vurğulayıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
