N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya öz vətəndaşlarını Almaniyaya səfər etməkdən çəkinməyə çağırıb

26-dekabr-2025
Türkan Nəbi
Rusiya öz vətəndaşlarını Almaniyaya səfər etməkdən çəkinməyə çağırıb
Yazı Ölçüsü:
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına ciddi zərurət olmadığı təqdirdə Almaniyaya səfər etməkdən çəkinməyi tövsiyə edib.
"PostMedia" xəbər verir ki, bunu "İnterfaks" agentliyinə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib.
"Biz vətəndaşlarımızı ciddi zərurət yoxdursa, Almaniyaya səfərlərdən çəkinməyə israrla çağırırıq. Müvafiq tövsiyələr nazirliyin və onun xaricdəki nümayəndəliklərinin rəsmi saytlarında dərc olunub", — deyə Zaxarova bildirib.
O, həmçinin əlavə edib:
"Bu xəbərdarlıq Almaniyaya ezam olunmuş jurnalistlər üçün də faydalı ola bilər, çünki orada müəyyən problemlər mövcuddur".
Kateqoriyalar