N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etməsinin səbəbini açıqlayıb

25-dekabr-2025
Turan Hüseynli
Paşinyan İlham Əliyevə təşəkkür etməsinin səbəbini açıqlayıb
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda prezident İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəbini açıqlayıb.

"PostMedia" xəbər veirr ki, o, bu reaksiyanı tamamilə məntiqli və adekvat cavab hesab edir.

Paşinyan bildirib ki, hadisələri qəlizləşdirməyə meyl var və bəzi insanlar kiçik detallar əsasında geosiyasi nəticələr çıxarırlar. O, vurğulayıb ki, Ermənistanla birbaşa bağlı olan hadisələr zamanı ölkə öz münasibətini açıq şəkildə bildirməlidir.

Baş nazir son dövrdə atılan konkret addımları xatırladıb: əvvəlcə Qazaxıstan, sonra isə Rusiya üçün buğdanın idxalına qoyulan məhdudiyyətlərin ləğvi, həmçinin Ermənistanla dəmiryol əlaqələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması.

“Bundan əlavə, Azərbaycan neft məhsullarını satmağa hazır olduğunu bildirdi. Neft məhsulları ilə dolu vaqon gəldi və məhsul bazara çıxdı”, — deyə Paşinyan qeyd edib.

O, belə hadisələrdə münasibəti açıq şəkildə ifadə etməyin doğru olduğunu vurğulayıb və bunu Ermənistanın mövqeyinin dəqiq şəkildə göstərilməsi üçün müxtəlif platformalarda məqsədyönlü şəkildə etdiyini bildirib.

Paşinyan həmçinin bildirib ki, bu addım Avrasiya İqtisadi İttifaqı üçün də əhəmiyyətlidir, çünki Ermənistan artıq dəmiryol əlaqəsi vasitəsilə İttifaqla birbaşa ticarət imkanına malikdir. O, ümid edir ki, gələcəkdə Ermənistan da məhsullarını Azərbaycana ixrac edə biləcək.

Qeyd edək ki, daha əvvəl Paşinyan Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclasında da Əliyevə Ermənistanın yük axını üzrə məhdudiyyətlərin aradan qaldırılmasına görə təşəkkür etmişdi.

Kateqoriyalar