N/A°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Cənubi Qafqaz Avroatlantik təsir zonası olmamalıdır – Zaxarova

25-dekabr-2025
Amin Şükür
Cənubi Qafqaz Avroatlantik təsir zonası olmamalıdır – Zaxarova
Yazı Ölçüsü:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, NATO-nun Gürcüstanla bağlı məqsədləri açıqdır və məhz buna görə Rusiya Cənubi Qafqazın avroatlantik təsir zonası olmasına qarşıdır.

"PostMedia" xəbər veirr ki, Zaxarova bunu "Sputnik Georgia"ya Gürcüstanın mümkün neytral statusu barədə sual cavablandırarkən deyib.

“Gürcüstanla bağlı NATO-nun məqsədləri aydındır: onu öz təhlükəli geosiyasi oyunlarına cəlb etmək və yeni avantüralara təşviq etmək. Buna görə biz Cənubi Qafqazın avroatlantik təsir zonası olmasına və NATO qüvvələrinin, aktivlərinin orada yerləşdirilməsinə qarşıyıq. Qeyd etmək lazımdır ki, mövqeyimiz region ölkələrinin siyasi və ictimai dairələrində də dəstək tapır, onlar öz ölkələrinin həqiqi patriotu hesab olunur”, – deyə Zaxarova bildirib.

O əlavə edib ki, həqiqi patriotu provokativ, demoqoji vətənpərvərliklə məşğul olmur, öz xalqının maraqlarına əsaslanaraq fəaliyyət göstərir.

Zaxarova qeyd edib ki, Rusiya NATO-nun düşmən mövqeyini və yeni regionlarda möhkəmlənmə cəhdlərini dəfələrlə vurğulayıb. “NATO-nun yeni regionlarda – o cümlədən Cənubi Qafqazda – mövqeyini gücləndirmək cəhdləri müdafiə xarakteri daşımır, əksinə olduqca aqressiv niyyətlərə malikdir və başqalarının təhlükəsizlik maraqlarına zərər verə bilər. Bu təsir yalnız dağıdıcı ola bilər və blok bu region ölkələrinə zərər verir”, – deyə mətbuat katibi bildirib.

O əlavə edib ki, NATO-da “açıq qapı siyasəti” ilə bağlı konsensus yoxdur. “Avropanın bir sıra ölkələri bu kursa tənqidi yanaşır. ABŞ isə əlavə üzvlərin qəbulu zərurəti ilə bağlı ciddi şübhələrə malikdir. ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası NATO-nun sonsuz genişlənməsinə təsir etməlidir və ümid edirik ki, bu, Tbilisidə nəzərdən qaçmayacaq”, – deyə Zaxarova qeyd edib.

Gürcüstan-NATO institutlararası əməkdaşlıq 1994-cü ildə başlayıb, Gürcüstan “Sülhə tərəfdaşlıq” proqramına üzv olub.

“Güllər inqilabı”ndan sonra, 2004-cü ildən Gürcüstanın NATO ilə əməkdaşlığı daha intensivləşib. 2008-ci ildə Buxarest sammitində bildirilib ki, Gürcüstan və Ukrayna mütləq NATO üzvü olacaqlar. 2011-ci ildə Gürcüstan NATO-da “namizəd ölkə” statusu alıb.

2014-cü ildə Uels sammitində Gürcüstanın alyansa üzvlüyünü dəstəkləyəcək tədbirlər paketi təsdiqlənib. NATO rəhbərliyi Ukraynadakı münaqişə başlamazdan əvvəl Buxarest sammitinin mesajına sadiq qaldığını bildirirdi, lakin 2022-ci ildən sonra Gürcüstan və NATO arasındakı əməkdaşlıq zəifləyib.

2024-cü il 9-11 iyul tarixində Vaşinqtonda keçirilən NATO sammitinin bəyannaməsində Gürcüstanın NATO üzvü olacağına dair qeyd yer almayıb. Bu, 2008-ci ildən qəbul edilmiş qərardan sonra ilk belə presedentdir.

Kateqoriyalar