6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstan bu il 1200-dən çox qanunsuz miqrantı deportasiya edib

23-dekabr-2025
Gürcüstan bu il 1200-dən çox qanunsuz miqrantı deportasiya edib
Yazı Ölçüsü:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 1 yanvar 2025-ci il tarixindən etibarən Gürcüstan ərazisində qanunsuz qalan 1 243 xarici ölkə vətəndaşını ölkədən çıxarıblar.
"PostMedia" xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.
Növbəti immiqrasiya nəzarəti tədbiri çərçivəsində isə Gürcüstandan daha 39 əcnəbi çıxarılıb. Saxlanılanlar arasında Hindistan, Türkiyə, Banqladeş, Çin, Rusiya, Keniya, Türkmənistan, Pakistan, Misir, Nigeriya, Sudan, Syerra-Leone, İordaniya və Özbəkistan vətəndaşları var.
Müəyyən edilib ki, həmin şəxslər ölkədə icazə verilən qalma müddətini keçiblər və qanuni əsaslar olmadan ölkə ərazisində tapılıblar.
Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişi qadağan edilib. Əcnəbi vətəndaşların ölkədən çıxarılması barədə qərar həm Gürcüstan DİN-in Miqrasiya Departamenti, həm də məhkəmə tərəfindən qəbul edilir.
Ölkədən çıxarılan əcnəbilərə Gürcüstana 2 ildən 5 ilədək müddətə giriş qadağası qoyulur. Ölkəni könüllü tərk edən əcnəbilərə isə giriş qadağası tətbiq olunmur.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930