N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tehran Qərbin tələbi ilə Moskva ilə münasibətləri kəsməyəcək – İran XİN

22-dekabr-2025
Turan Hüseynli
Tehran Qərbin tələbi ilə Moskva ilə münasibətləri kəsməyəcək – İran XİN
Yazı Ölçüsü:

İran İslam Respublikası Qərbin tələbi ilə Rusiya ilə münasibətləri kəsməyəcək."PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai brifinqdə bəyan edib.

"Onlar (Avropa ölkələri – red.) Rusiya ilə dostluq münasibətləri olan dövlətlərin Avropanın istəyi ilə bu əlaqələri kəsməsini gözləyirlər. Bu, tamamilə qeyri-ağlabatandır", – deyə iranlı diplomat bildirib.

İran XİN rəsmisi Avropa ölkələrinin Tehranın Ukraynadakı hadisələrə guya müdaxiləsi ilə bağlı ittihamlarını rədd edib. O qeyd edib ki, İranın Rusiya ilə münasibətləri qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanır. "Avropa ölkələri öz hərəkətlərinin nəticələrinə, yəni Ukraynadakı münaqişənin niyə başladığına baxmalıdırlar. Niyə? NATO-nun düşmənçilik hərəkətlərinə görə, qarşı tərəfləri təhrik edən hərəkətlərə görə. Üstəlik, Avropanın özündə də sülh təhlükə altına düşüb", – deyə Baqai qeyd edib. O bildirib ki, Qərb ölkələri başqalarına hər hansı göstəriş verməzdən əvvəl öz hərəkətlərinə görə cavab verməyə başlamalı və öz vəzifələrinə uyğun hərəkət etməlidirlər. Baqai həmçinin Qərbi digər dövlətləri ittiham etməyi dayandırmağa çağırıb, çünki bu, problemlərin həllinə kömək etmir.

Kateqoriyalar