6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan “Tramp marşrutu”nun icrasında bir çox nüansın olduğunu bildirib

22-dekabr-2025
Paşinyan “Tramp marşrutu”nun icrasında bir çox nüansın olduğunu bildirib
Yazı Ölçüsü:
Ermənistan ABŞ ilə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsi üzrə konstruktiv ikitərəfli danışıqlar aparır və bu prosesdə Ermənistan–Rusiya münasibətləri ilə bağlı bir sıra nüanslar mövcuddur.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfli görüş zamanı bildirib.
“Hazırda ABŞ ilə TRIPP yolunun icrasına başlanması və tikintisi ilə bağlı çox konstruktiv ikitərəfli danışıqlar aparırıq. Bu, regionumuz üçün həqiqətən çox böyük və məzmunlu dəyişikliklər deməkdir. Burada Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizə aid çoxlu nüanslar var. Düşünürəm ki, bu gün bütün bunları müzakirə etmək üçün çox yaxşı fürsətdir”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılması barədə birgə bəyannamə imzalayıblar. Sözügedən layihə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adını alıb.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930