6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan Azərbaycanla sülh prosesinə verdiyi dəstəyə görə Putinə təşəkkür edib

22-dekabr-2025
Paşinyan Azərbaycanla sülh prosesinə verdiyi dəstəyə görə Putinə təşəkkür edib
Yazı Ölçüsü:
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinə göstərdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib. O, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasının Ermənistan–Rusiya münasibətlərinin inkişafına da töhfə verəcəyinə əminliyini ifadə edib.
"PostMedia" xəbər verir ki, Putinlə görüş zamanı Paşinyan Cənubi Qafqazda çox mühüm və müsbət proseslərin baş verdiyini bildirib.
“Azərbaycanla Ermənistan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istəyirəm. Avqustun 8-dən sonra telefon danışığımızda da qeyd etdiyimiz kimi, əldə olunacaq sülh Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açacaq”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930