6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin vətəndaşları Qafqaz xalqlarından nümunə götüməyə çağırıb

19-dekabr-2025
Putin vətəndaşları Qafqaz xalqlarından nümunə götüməyə çağırıb
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin vətəndaşları Qafqaz xalqlarının nümunəsini izləməyə çağırıb. O, canlı yayımda gənclərin ailə qurmalı, uşaq sahibi olmalı və “maliyyə vəziyyətlərinin yaxşılaşmasını, təhsili və s. bəhanə edərək bunu sonsuzadək təxirə salmamalı olduqlarını” bildirib.
"PostMedia" bu barədə “Kommersant” nəşrinə istinadən xəbər verir.
Putin vurğulayıb ki, bütün ruslar Qafqaz xalqlarından örnək götürməlidir:
“Onlar uşaqlarını kifayət qədər erkən yaşda evləndirirlər ki, bu da həqiqətən düzgündür və biz də onların nümunəsini izləməliyik. Ramzan Kadırovun böyük ailəsi var, çox uşağı var və onlar erkən yaşda evlənirlər. O deyir ki, bu, ənənədir və bu, çox yaxşıdır”, – deyə Rusiya Prezidenti qeyd edib.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930