Hakan Fidanın yerinı İbrahim Kalın təyin edilir - İDDİA
18-dekabr-2025
Admin
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə hökumətdə dəyişiklik edəcəyi və bir sıra nazirləri yeniləri iləəvəz edəcəyi iddiaları səslənməkdədir.
"PostMedia" "Sözcü"yə istinadən xəbər verir ki, xüsusilə Hakan Fidan və İbrahim Kalın ilə bağlı ssenarilər diqqət mərkəzindədir.
Xarici İşlər naziri Hakan Fidanın vəzifəsindən ayrılaraq daha fərqli strateji bir mövqeyə (məsələn, Vitse-prezidentlik və ya təhlükəsizlik koordinasiyası) keçə biləcəyi və ya Kabinet daxilində rotasiyaya məruz qalacağı iddia edilir.
MİT (Milli İstihbarat Təşkilatı) rəhbəri İbrahim Kalının adı Xarici İşlər Nazirliyi postu üçün hallanır. Onun diplomatik təcrübəsi bu keçid ehtimalını artırır.
Yalnız xarici siyasət deyil, həmçinin daxili işlər və bəzi iqtisadi nazirliklərdə də yenilənmə gözlənilir. Bu dəyişikliklərin həm qarşıdakı siyasi proseslərə hazırlıq, həm də hökumətin səmərəliliyini artırmaq məqsədi daşıdığı vurğulanır.