6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Hikmət Hacıyev Bakıda Qaluzinlə görüşüb - FOTO

10-dekabr-2025
Hikmət Hacıyev Bakıda Qaluzinlə görüşüb - FOTO
Yazı Ölçüsü:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
"PostMedia" xəbər verir ki, bu barədə H.Hacıyev özünün "X" hesabında məlumat verib.
Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiyanın TASS agentliyi də görüşlə bağlı məlumat yayaraq yazıb ki, görüşdə eyni zamanda Bakı və İrəvan arasında normallaşma prosesini və bu prosesə Rusiyanın göstərdiyi yardımı müzakirə edilib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930