N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Hikmət Hacıyev: "Münaqişə səhifəsi bağlanıb, real sülh hökm sürür"

09-dekabr-2025
Turan Hüseynli
Hikmət Hacıyev: "Münaqişə səhifəsi bağlanıb, real sülh hökm sürür"
Yazı Ölçüsü:
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"ə birgə müsahibə veriblər.
"PostMedia" xəbər verir ki, müsahibə zamanı Hikmət Hacıyev bildirib ki, Ermənistan və Azərbaycan Brüsseldə görüşmək üçün yaxşı imkan əldə ediblər və həmin görüşdən sonra iki ölkə lideri sülhə doğru irəliləmək və fikir ayrılıqlarını kənara qoymaq qərarına gəliblər:
“Birgə sülh prosesi münaqişələrin və müharibələrin qlobal kontekstində uğur hekayəsidir. Münaqişə səhifəsi bağlanıb, real sülh hökm sürür.
Azərbaycan Ermənistanla birlikdə regionun genişmiqyaslı iqtisadi inkişafına başlayır – hər iki ölkənin xeyrinə.
Vaşinqtonda əldə olunan razılaşma iki ölkə arasında Tramp marşrutunun reallaşmasına gətirib çıxaracaq və bu, Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək.”
Kateqoriyalar