6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Tokayev Azərbaycan liderinin müdrik siyasi iradəsini və strateji baxışını yüksək qiymətləndirib

21-oktyabr-2025
Tokayev Azərbaycan liderinin müdrik siyasi iradəsini və strateji baxışını yüksək qiymətləndirib
Yazı Ölçüsü:
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını tarixi hadisə adlandırıb.
"PostMedia" “Akorda”a istinadla xəbər verir ki, o, bunu Ali Dövlətlərarası Şuranın Astanada keçirilən ikinci iclasında çıxışı zamanı qeyd edib.
Tokayev Azərbaycan lideri İlham Əliyevin müdrik siyasi iradəsini və strateji baxışını yüksək qiymətləndirib:
“Bu razılaşmalar bölgədə və onun hüdudlarından kənarda əməkdaşlığın yeni üfüqlərini açdı. Biz qardaş Azərbaycanın uğurlarına səmimi qəlbdən sevinirik və onun güclü, müasir dövlət qurmaq məqsədlərinə nail olmasını arzulayırıq”.
Qazaxıstan Prezidenti həmçinin iki ölkə arasında potensialın böyük olduğunu qeyd edib:
“Bizim münasibətlərimizdə böyük potensial var. Onun tam reallaşması üçün bizdə hər şey mövcuddur - sarsılmaz siyasi etimad, ortaq dəyərlər və xalqlarımızın səmimi yaxınlaşma istəyi”.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930