6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan XİN İsrail və "HƏMAS" arasında əldə edilmiş razılaşmanı alqışlayıb

10-oktyabr-2025
Azərbaycan XİN İsrail və "HƏMAS" arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Yazı Ölçüsü:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail və "HƏMAS" arasında əldə edilmiş razılaşmanı alqışlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə qurumun X hesabında qeyd edilib:

"Bu anlaşmanı alqışlayırıq. Bu, Qəzzada atəşkəsin əldə edilməsinə, girovların və məhbusların azad olunmasına, humanitar yardımın Qəzzaya maneəsiz çatdırılmasına və yenidənqurma işlərinə yol açacaq.

Ümid edirik ki, razılaşmanın bütün mərhələləri lazımi qaydada icra olunacaq və bölgədə ədalətli və davamlı sülhün təmin olunması üçün səylər daha da gücləndiriləcək.

Bu nəticənin əldə olunması istiqamətində vasitəçilik roluna görə ABŞ-ı, Türkiyəni, Qətəri və Misiri təqdir edirik".

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930