N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Düşənbədə Vladimir Putinlə görüşüb

09-oktyabr-2025
Türkan Nəbi
Prezident İlham Əliyev Düşənbədə Vladimir Putinlə görüşüb
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın paytaxtı Düşənbə şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

PostMedia” TASS-a istinadən xəbər verir ki, Putin təyyarə qəzası iləmbağlı məsələləri müzakirə etməyi təklif edib.
Putin AZAL təyyarə qəzasını havada Ukrayna PUA-sının olması ilə əlaqələndirib.

Rusiya Prezidenti qeyd edib ki, Rusiya faciə günü ölkə sərhədini keçən üç Ukrayna pilotsuz uçuş aparatı (PUA) “izləyirdi”.

AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması, o cümlədən havada Ukrayna PUA-sının olması ilə əlaqəlidir. Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

“İndi ümumilikdə bu faciənin səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə bağlıdır və birincisi ondan ibarətdir ki, havada Ukrayna pilotsuz uçuş aparatı var idi”, – deyə Rusiya lideri bildirib.

Rusiya Prezidenti vurğulayıb ki, faciə baş verən gün Rusiya sərhədi keçən üç Ukrayna pilotsuz uçuş aparatını “izləyirdi”.

“Biz həmin faciə günü gecə saatlarında Rusiya Federasiyasının sərhədini keçən belə üç pilotsuz uçuş aparatını eyni vaxtda izləyirdik”, – Putin qeyd edib.

Kateqoriyalar