6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

26-sentyabr-2025
Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib
Yazı Ölçüsü:
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.
"PostMedia" xəbər verir ki, məktubda deyilir.
Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930