6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycanın xarici işlər naziri kiprli həmkarı ilə regional məsələləri müzakirə edib

20-avqust-2025
Azərbaycanın xarici işlər naziri kiprli həmkarı ilə regional məsələləri müzakirə edib
Yazı Ölçüsü:

Avqustun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.

"PostMedia" Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı (Aİ) Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930