Azərbaycan və Özbəkistan arasında imzalanan bir sıra sazişlər təsdiqlənib
14-avqust-2025
Admin
Yazı Ölçüsü:
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanan bir sıra sənədləri təsdiq edib.
"PostMedia" xəbər verir ki, bu barədə Prezident müvafiq Fərmanlar imzalayıb.
Belə ki, ölkə başçısının imzaladığı Fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”i təsdiq edilib.
Eyni zamanda digər Fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”i də tədiq olunub.
Həmçinin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə də Azərbaycan Respublikası Prezidentinin Fərman imzalayıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” də bu gün təsdiq edilən səndlər arasındadır.