Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliyi təsdi edib.
"PostMedia" xəbər verir ki, qanunda bir sıra dəyişikliklər həyata keçirilib.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 11, maddə 1183) 17-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 17. Ərazi müdafiəsi
Ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir.
Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilir.
Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir.”.
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb