6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident QHT-lərlə bağlı yeni tələbləri təsdiq edib

31-iyul-2025
Prezident QHT-lərlə bağlı yeni tələbləri təsdiq edib
Yazı Ölçüsü:
Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
"PostMedia" xəbər verir ki, qərarda deyilir:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710 (Cild I); 2024, № 2, maddə 138) 24-2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 24-2.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.”;
1.2. 24-2.2-ci maddəyə “alınmamış” sözündən sonra “xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında” sözləri, “görən” sözündən sonra “, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən” sözləri əlavə edilsin.
Maddə 2. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanunu) 12.3-cü maddəsindən “qrant və ianə alarkən, habelə verərkən” sözləri çıxarılsın və həmin maddədə “qrant və ianələr” sözləri “əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri” sözləri ilə əvəz edilsin.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930