6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Venesuelanın XİN rəhbəri Ceyhun Bayramovla ABŞ ilə münasibətləri və ölkədəki vəziyyəti müzakirə edib

13-yanvar-2026
Venesuelanın XİN rəhbəri Ceyhun Bayramovla ABŞ ilə münasibətləri və ölkədəki vəziyyəti müzakirə edib
Yazı Ölçüsü:

Venesuelanın xarici işlər naziri İvan Hil Pinto Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

"PostMedia" Azərbaycan XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələr zamanı Karakasla Vaşinqton arasında davam edən dialoqdan, eləcə də ölkənin enerji sektorunda Amerika şirkətlərinin fəaliyyətinin bərpa olunmasından danışılıb.
Xarici siyasət qurumunun məlumatına görə, Venesuela XİN rəhbəri ölkəsində baş verən son hadisələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, ölkədə prezident səlahiyyətləri normal rejimdə icra olunur, dövlət institutları isə fəaliyyətini davam etdirir.
“Bununla yanaşı, nazir vurğulayıb ki, ABŞ tərəfi ilə dialoq davam edir, xüsusilə enerji sektorunda Amerika şirkətlərinin fəaliyyəti bərpa olunur, həmçinin diplomatik nümayəndəliklərin qarşılıqlı şəkildə yenidən fəaliyyətə başlaması ilə bağlı danışıqlar aparılır”, — deyə Azərbaycan XİN-in mətbuat xidməti söhbətin detalları barədə bildirib.
Məlumata əsasən, söhbət zamanı Bakı ilə Karakas arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub. “Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirilməsinin, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar”, — məlumatda qeyd olunur.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031