6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan Prezidenti Sudan Suveren Keçid Şurasının Sədrini təbrik edib

01-yanvar-2026
Azərbaycan Prezidenti Sudan Suveren Keçid Şurasının Sədrini təbrik edib
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbik məktubu göndərib.
"PostMedia" xəbər verir ki, məktubda deyilir.
Sudan Respublikasının müstəqilliyinin 70-ci ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Sudan arasında münasibətlərin və əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930