6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Parlament xəbərləri

Ermənistan parlamentinin spikeri Azərbaycana gəlmək istəyir

26-noyabr-2025
Ermənistan parlamentinin spikeri Azərbaycana gəlmək istəyir
Yazı Ölçüsü:

"Mən münasib vaxtda Azərbaycana getməyə hazıram".

"PostMedia" xəbər veir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Həmçinin, mən hər hansı format çərçivəsində Azərbaycanlı həmkarımı Ermənistana dəvət etmək niyyətindəyəm", — deyə Simonyan əlavə edib.

Jurnalistlərin “Azərbaycana səfər üçün dəvət alıbmı?” sualına parlament sədri mənfi cavab verib. Lakin belə bir dəvət gələrsə, onu nəzərdən keçirəcəyini bildirib.

"2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi İcması sammitində iştirakla bağlı Azərbaycanın imtinası Ermənistanla əlaqəli deyil. Xanım Qafarova görüş zamanı xahiş edib ki, mən onların prezidentinin adından bildirim ki, bu heç bir şəkildə Ermənistan tərəfi ilə bağlı deyil", — deyə parlament sədri qeyd edib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031