6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Parlament xəbərləri

ABŞ Azərbaycanla Qəzzaya hərbi kontingent göndərilməsi barədə danışıqları müsbət qiymətləndirib

21-noyabr-2025
ABŞ Azərbaycanla Qəzzaya hərbi kontingent göndərilməsi barədə danışıqları müsbət qiymətləndirib
Yazı Ölçüsü:
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, Azərbaycan və İndoneziya ilə Qəzzaya beynəlxalq sabitləşdirici qüvvələrin göndərilməsi barədə aparılan danışıqlar kifayət qədər pozitivdir.
O vurğulayıb ki, bir çox ölkələr öz əsgərlərini Qəzzaya göndərmək üçün BMT-nin razılığını gözləyirdi və Azərbaycan bu prosesdə adı çəkilən ölkələrdən biridir.
"PostMedia" "Axios"a istinadən məlumat verir ki, ABŞ bir neçə ölkə ilə, o cümlədən Azərbaycan, Misir, İndoneziya və Türkiyə ilə Qəzza sektorunda sabitləşdirici beynəlxalq qüvvələrin yaradılması barədə qapalı danışıqlar aparır. Bu qüvvələrə həmçinin Fələstin polis bölmələri də daxil edilə bilər.
Qeyd edək ki, 17 noyabrda BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzza ilə bağlı təqdim etdiyi sülh planını dəstəkləyən qətnaməni qəbul edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930