6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Parlament xəbərləri

Azərbaycan və Ermənistan parlamentarilərinin İstanbul görüşündə nələr müzakirə edilib?

18-noyabr-2025
Azərbaycan və Ermənistan parlamentarilərinin İstanbul görüşündə nələr müzakirə edilib?
Yazı Ölçüsü:

ATƏT Parlament Assambleyasının 23-cü payız sessiyası çərçivəsində noyabrın 18-də İstanbulda Ermənistan və Azərbaycanın parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

PostMedia” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, görüş Ermənistan və Azərbaycan parlament sədrlərinin oktyabrın 21-də Cenevrədə keçirilmiş müzakirələr zamanı əldə edilmiş razılaşma əsasında baş tutub.

Görüş zamanı tərəflər Vaşinqton sammitinin müsbət rolunu vurğulayıb və əldə olunmuş razılaşmalar, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsinə yönəlmiş növbəti addımlar, həmçinin prosesə hər iki ölkədə parlament dəstəyinin vacibliyi haqqında fikir mübadiləsi aparıblar.

Həmçinin iki ölkə arasında etimadın artırılması tədbirlərinin həyata keçirilməsində parlamentlərin rolu müzakirə olunub. Tərəflər beynəlxalq təşkilatlarda parlamentarilər arasında konstruktiv dialoqun əhəmiyyətini xüsusi qeyd ediblər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930