6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

MDB ölkələrinin müdafiə nazirləri 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalayıblar

01-noyabr-2025
MDB ölkələrinin müdafiə nazirləri 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalayıblar
Yazı Ölçüsü:
Qazaxıstanın Almatı şəhərində MDB Müdafiə Nazirləri Şurasının 85-ci iclası keçirilib. Tədbirdə Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri iştirak ediblər.
"PostMedia" xəbər verir ki, iclas çərçivəsində Qazaxıstan və Rusiya müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər danışıqları strateji tərəfdaşlığın möhkəmlənməsi baxımından səmərəli hesab ediblər.
İclasın sonunda MDB Müdafiə Nazirləri Şurası üzv dövlətlər arasında 2026-cı il üçün birgə fəaliyyət planı və əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930