6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ

ATƏT sədri: "Minsk Qrupu"nun ləğvi həyati addımdır"

04-dekabr-2025
ATƏT sədri: "Minsk Qrupu"nun ləğvi həyati addımdır"
Yazı Ölçüsü:

ATƏT-in fəaliyyət göstərən sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Vyanada ATƏT xarici işlər nazirlərinin şurasının iclasında çıxış edərək, Minsk qrupunun strukturlarının ləğvi “həyati vacib addım” adlandırıb.

"PostMedia" xəbər verir ki, Valtonen Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesində “müsbət impulslara” şahid olunduğunu bildirib.

“Avqust ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk strukturlarının bağlanması barədə razılığa gəldik. Bu, sülh prosesini dəstəkləyən və ATƏT büdcəsinin təsdiqlənməsi yolunda ciddi maneələri aradan qaldıran həyati vacib bir addım idi,” – deyə Valtonen vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930