N/A°C Bakı
1$ = 1.70₼
Qarabağ

Qəbələdə Mustafayev və Qriqoryan görüşüb nəyi razılaşdırıblar?

28-noyabr-2025
Türkan Nəbi
Qəbələdə Mustafayev və Qriqoryan görüşüb nəyi razılaşdırıblar?
Yazı Ölçüsü:

2025-ci il noyabrın 28-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib.

"PostMedia" xəbər verir ki, görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci iclasın nəticələrinə əsasən əldə edilmiş razılığı təsdiqləyiblər.

Bu razılaşma dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərə şimal hissədən – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlamaq və sonra şimaldan cənuba doğru, Azərbaycan-Ermənistan sərhədinin İran İslam Respublikası ilə kəsişdiyi nöqtəyə qədər davam etdirməkdən ibarət olub.

Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin delimitasiya işlərinin icrası qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan ayrıca formatda qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Tərəflər növbəti görüşün tarixini işçi qaydada razılaşdırmaq barədə razılığa gəliblər. Növbəti görüşün Ermənistan Respublikasının şəhərlərindən birində keçirilməsi planlaşdırılır.

Kateqoriyalar