6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Toyota" və "iSpace" yeni nəsil ay səyyarəsi hazırlayacaq

23-oktyabr-2025
"Toyota" və "iSpace" yeni nəsil ay səyyarəsi hazırlayacaq
Yazı Ölçüsü:
Yaponiyanın "Toyota" şirkəti "iSpace" aerokosmik şirkəti ilə birlikdə Ayın tədqiqinə yönəlmiş gələcək missiyalar üçün yeni nəsil ay səyyarəsi (lunaohod) hazırlayacaq.
"PostMedia" xəbər verir ki, şirkətlərin birgə bəyanatına görə, "Toyota" layihənin texniki qiymətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasında İspace-ə dəstək göstərəcək.
"Mission 3" adlı proqram çərçivəsində hazırlanan aparatın 2027-ci ildə buraxılması planlaşdırılır. İspace bu məqsədlə 17,1 milyard yen (təxminən 112 milyon dollar) investisiya cəlb edib.
"Toyota" kosmik aparatın yaradılmasında avtomobil istehsalı sahəsindəki təcrübəsindən istifadə etməyi planlaşdırır. Şirkət əvvəllər də Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyi (JAXA) ilə Ay proqramlarında əməkdaşlıq edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930