6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Apple" "iPhone"da FBI tərəfindən aşkarlanan boşluqları aradan qaldırıb

23-aprel-2026
"Apple" "iPhone"da FBI tərəfindən aşkarlanan boşluqları aradan qaldırıb
Yazı Ölçüsü:

"Apple" "iPhone"un bildiriş sistemində olan və FBI tərəfindən Signal tətbiqində silinmiş mesajları bərpa etmək üçün istifadə edilən zəifliyi aradan qaldırıb.

"PostMedia" xəbər verir ki, "Apple" "iOS 26.4.2" və "iPadOS 26.4.2" yeniləmələrini yayımlayıb. "iOS 18" ilə işləyən köhnə cihazlar üçün isə "iOS 18.7.8" və "iPadOS 18.7.8" versiyaları təqdim edilib.

Zəifliyin mahiyyəti
Zəiflik iOS-un məlumatların emalı modeli ilə bağlı idi. "Apple"ın açıqlamasına görə, loqlama sistemindəki xəta səbəbindən silinməli olan bildiriş məzmunu cihazın daxili bildiriş bazasında qalmağa davam edirdi. Şirkət bildirib ki, problem “məlumat məxfiliyinin yaxşılaşdırılması” yolu ilə aradan qaldırılıb.

Bu zəiflik Texas ştatında terror işi üzrə keçirilən məhkəmə zamanı üzə çıxıb. Şahid ifadələri göstərib ki, FBI agentləri şübhəlinin "iPhone" cihazından Signal mesajlarını çıxara biliblər — hətta tətbiq silinmiş və mesajların avtomatik silinmə funksiyası aktiv olsa belə. Ekspertlər məlumatları "push" bildirişlərin keşindən çıxarmaq üçün "Cellebrite" kimi alətlərdən istifadə ediblər.

Yeniləmə nəyi əhatə edir
"iOS 26.4.2", "iOS 26.4.1"dən iki həftə sonra təqdim olunub və 26.4 seriyasında təhlükəsizlik düzəlişlərini ehtiva edən ilk versiyadır. Paralel olaraq Apple "iOS 26.5" üzərində testlər aparır, onun ictimai buraxılışı may ayında gözlənilir. Bu versiya "iPhone" və "Android2 arasında RCS mesajlaşmasında “end-to-end” şifrələmənin tətbiqi, həmçinin 2Apple Maps"də reklam funksiyası üçün əsas yaradacaq.

Bu niyə vacibdir
Signal mesajların məzmununu "Apple2 serverlərinə ötürmür - mesajlar lokal olaraq deşifrə olunur. Lakin ekranda mesaj önizləməsi aktivdirsə, iOS deşifrə olunmuş mətni sistem yaddaşında saxlayır və bu, mesaj və tətbiq silinsə belə qalır.

Mütəxəssislərin fikrincə, bildiriş bazasını tam təmizləməyin yeganə yolu cihazı zavod ayarlarına qaytarmaqdır.

Məlumatlarını dərhal qorumaq istəyən istifadəçilər isə tətbiqi yeniləməni gözləmədən ayarlarda “Show Previews” (Önizləməni göstər) funksiyasını “Never” (Heç vaxt) seçərək deaktiv edə və ya ayrı-ayrı tətbiqlər üçün bildiriş məzmununu gizlədə bilərlər.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031