6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Mask Starlink peyk xidmətini İranda pulsuz edib

14-yanvar-2026
Mask Starlink peyk xidmətini İranda pulsuz edib
Yazı Ölçüsü:
Bir neçə gün davam edən internetin kəsilməsi fonunda "SpaceX" şirkətinin baş icraçı direktoru İlon Mask Starlink peyk internet xidmətini İranda pulsuz edib.
"PostMedia" xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
“İranlılarla internetə təhlükəsiz çıxışın təmin edilməsi istiqamətində əməkdaşlıq edən ABŞ-ın "Holistic Resilience" təşkilatının icraçı direktoru Əhməd Əhmədian bildirib ki, "SpaceX" İranda "Starlink" abunə haqqını ləğv edib və bu, ölkədə "Starlink" terminallarının sahiblərinə xidmətdən pulsuz istifadə etməyə imkan verir”, — deyə agentlik yazır.
"NetBlocks" internet monitorinq xidmətinin məlumatına görə, İranda etiraz aksiyaları başlayandan bəri ilk dəfə ölkə üzrə ümummilli səviyyədə internet kəsintisi qeydə alınıb. Bu, davam edən etirazlar fonunda baş verib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930