N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Ukraynada enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək – Zelenski

14-yanvar-2026
Turan Hüseynli
Ukraynada enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək – Zelenski
Yazı Ölçüsü:

Rusiya zərbələrinin Ukraynanın enerji infrastrukturuna vurduğu ağır ziyan səbəbindən enerji sektorunda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərar qəbul olunacaq.

PostMedia” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “RBK-Ukrayna”ya açıqlamasında bildirib.

Zelenski vurğulayıb ki, Rusiya zərbələrinin nəticələri, eləcə də pisləşən hava şəraiti son dərəcə ağırdır. O əlavə edib ki, təmir briqadaları, enerji şirkətləri, xilasedicilər və kommunal xidmət əməkdaşları elektrik enerjisi və istilik təchizatını bərpa etmək üçün gecə-gündüz çalışırlar.

Bununla belə, bir çox problemlərin təcili həll tələb etməsi səbəbindən enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək. Xüsusilə Kiyevdə daimi əlaqələndirici qərargah yaradılacaq.

Digər mühüm məsələ isə enerji şəbəkəsinin bərpası üçün avadanlıq və dəstək təmin etmək məqsədilə tərəfdaşlarla əməkdaşlığın maksimum səviyyəyə çatdırılmasıdır.

“Bu vəziyyətdə Nazirlər Kabineti ehtiyat enerji avadanlıqlarının şəbəkəyə qoşulması ilə bağlı bütün proseslərin maksimum dərəcədə sadələşdirilməsini təmin edəcək. Biz həmçinin Ukraynaya elektrik enerjisi idxalının həcmini əhəmiyyətli dərəcədə artırmaq istiqamətində işləyirik”, — deyə Zelenski əlavə edib.

Kateqoriyalar