Culiano Simeone "Atletiko" ilə yeni müqavilə imzalayıb
15-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
"Atletiko Madrid" klubunun hücumçusu Culiano Simeone İspaniya təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
"PostMedia"nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı argentinalı futbolçunun müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Onun sərbəstqalma məbləği isə 500 milyon avro olaraq müəyyən edilib.
Culiano Simeone "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğludur və 2019-cu ildən klubun sistemindədir. Transfermarkt portalı Culiano Simeonenin transfer dəyərini 40 milyon avro qiymətləndirir.