6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Təlim zamanı İranın 2 hərbi qulluqçusu həyatını itirib

20-noyabr-2025
Təlim zamanı İranın 2 hərbi qulluqçusu həyatını itirib
Yazı Ölçüsü:

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi Tehranın əyalət təlim düşərgəsində gənc qvardiyaçılar üçün keçirilən hərbi təlimlər zamanı iki İİKK üzvünün həlak olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "Mehr" agentliyi xəbər yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun iki şərəfli qvardiyaçısı – cənab Əbdülhüseyn Çərəqi və cənab Hüseyn Şərbati Tehranın əyalət təlim düşərgəsində gənc qvardiyaçılar üçün keçirilən hərbi təlimlər zamanı şəhid olublar”, – məlumatda deyilir.

Bəyanata əsasən, həlak olan hərbçilər cümə günü İran paytaxtının cənubunda yerləşən Şəhriyar şəhərində dəfn olunacaqlar.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930