N/A°C Bakı
1$ = 1.70₼
Ölüm

Böyük Britaniyanın ən varlı adamı vəfat edib

04-noyabr-2025
Türkan Nəbi
Böyük Britaniyanın ən varlı adamı vəfat edib
Yazı Ölçüsü:
Hindistan mənşəli, Böyük Britaniyanın ən varlı insanı hesab edilən milyarder Gopiçand Hinduja 85 yaşında vəfat edib.
"PostMedia"nın məlumata görə, Hinduja uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Lakin xəstəliyin növü açıqlanmayıb.
Gopiçand Hinduja 1940-cı il yanvarın 29-da anadan olub. 1990-cı illərdən etibarən onun adı davamlı olaraq Böyük Britaniya və Asiyanın ən varlı insanları sırasında yer alıb.
Biznes dairələrində "GP Hinduja" kimi tanınan iş adamı, 2023-cü ilin mayında böyük qardaşı Sriçand Hindujanın ölümündən sonra ailə biznesinə rəhbərliyi öz üzərinə götürüb.
“The Hindu” qəzetinin məlumatına görə, onun rəhbərliyi dövründə "Hinduja Group" ardıcıl 4 dəfə “Sunday Times”ın Britaniyanın ən zənginləri siyahısına liderlik edib.
Milyarder həmçinin Hindistan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin gücləndirilməsi tərəfdarı olub və mütəmadi olaraq böyüyən Hindistan bazarına investisiyaların artırılmasına çağırışlar edib.
Hindujanın iki oğlu və bir qızı var. Onun rəhbərlik etdiyi "Hinduja Group" avtomobil, neft-kimya, maliyyə, informasiya texnologiyaları və daşınmaz əmlak sahələrində fəaliyyət göstərir və dünyanın 48 ölkəsində biznes şəbəkəsinə malikdir.
Kateqoriyalar