N/A°C Bakı
1$ = 1.70₼
Ölüm

Azərbaycandan qayıdan 16 yaş serb idmançı qəzada həlak olub

30-oktyabr-2025
Turan Hüseynli
Azərbaycandan qayıdan 16 yaş serb idmançı qəzada həlak olub
Yazı Ölçüsü:
Serbiyanın “Partizan” cüdo klubunun 16 yaşlı üzvü Azərbaycandan qayıdan zaman baş verən yol-nəqliyyat hadisəsində həlak olub.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, insident Serbiyanın Novi-Sad şəhəri yaxınlığında baş verib.
“Sportal” portalının məlumatına görə, avtomobildə 13–16 yaş arası səkkiz yeniyetmə idmançı və 1982-ci il təvəllüdlü bir kişi olub. Onlardan biri — 16 yaşlı cüdoçu hadisə yerində dünyasını dəyişib, digərləri isə müxtəlif bədən xəsarətləri ilə Novi-Sad Uşaq Xəstəxanasına yerləşdiriliblər.
“Partizan” klubunun yaydığı bəyanatda bildirilib:
"Cüdo klubumuzun üzvü olan bir uşağın yol qəzasında həlak olması bizi dərindən sarsıtdı. Bu ağır gündə bütün ailəmiz mərhumun yaxınları ilə birgə kədərlənir və xəsarət alanlara dəstəyimizi bildiririk."
Hadisə Serbiya idman ictimaiyyətində böyük üzüntü doğurub.
Kateqoriyalar