N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

BMT Məhkəməsi İsrailin beynəlxalq hüququ pozduğunu təsdiqlədi — Türkiyə XİN

22-oktyabr-2025
Türkan Nəbi
BMT Məhkəməsi İsrailin beynəlxalq hüququ pozduğunu təsdiqlədi — Türkiyə XİN
Yazı Ölçüsü:
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi çərşənbə günü İsrailin Fələstinlilərə göstərilən humanitar yardımı zəiflətmək cəhdlərini qanunsuz hesab edib.
"PostMedia" xəbər verir ki, bu barədə qərar, Fələstin ərazilərində beynəlxalq təşkilatların mövcudluğu ilə bağlı İsrailin öhdəliklərinə dair məsləhətçi rəyin qəbulundan sonra verilib.
Türkiyə Xarici İşlər Nazirliyi qərarı şərh edərək bəyan edib ki, “Məhkəmənin verdiyi məsləhətçi rəy açıq şəkildə göstərir ki, İsrail öz beynəlxalq öhdəliklərinə zidd olaraq işğal olunmuş Fələstin ərazilərində qanunu pozur.”
Nazirliyin bəyanatında qeyd olunub:
“İsrailin beynəlxalq öhdəliklərini yerinə yetirməməsi, fələstin xalqına qarşı davam edən cinayətlər, humanitar yardıma maneçilik törətməsi, həmçinin BMT obyektlərinə və heyətinə hücumları beynəlxalq hüquqa açıq meydan oxumadır. İsrail hakimiyyətinin BMT və Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyinin (UNRWA) nüfuzunu sarsıtmaq cəhdləri, eləcə də bu təşkilatın işğal olunmuş ərazilərdə fəaliyyətinə mane olması qanunsuzdur”.
Türkiyə XİN vurğulayıb ki, Ankara Fələstin xalqının ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək və beynəlxalq hüququn tətbiqi və ədalətin bərqərar olması istiqamətində səylərini davam etdirəcək.
Qeyd edək ki, Fələstin ərazilərində BMT-nin fəaliyyətinə dair İsrailin hüquqi öhdəlikləri ilə bağlı dinləmələr Beynəlxalq Ədalət Məhkəməsində 28 aprel – 2 may tarixlərində keçirilib. Prosessdə Türkiyə də daxil olmaqla 45 ölkə və beynəlxalq təşkilat yazılı müraciət təqdim edib.
Kateqoriyalar