N/A°C Bakı
1$ = 1.70₼
Məhkəmə

Sabiq nazir yenidən həbs edildi - dələduzluqda ittiham olunur

06-oktyabr-2025
Turan Hüseynli
Sabiq nazir yenidən həbs edildi - dələduzluqda ittiham olunur
Yazı Ölçüsü:
Moskvanın Tverskoy rayon məhkəməsi Rusiyanın keçmiş “Açıq hökumət məsələləri üzrə naziri” Mixail Abızovu dekabrın 6-dək həbsdə saxlamaq barədə qərar qəbul edib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhkəmə istintaqın vəsatətini təmin edib. Yeni cinayət işi Abızovun Rusiya Vençur Şirkətinin (RVK) səhmləri ilə bağlı dələduzluqda ittiham olunması ilə əlaqədardır.
Abızov ittihamları rədd edir və özünü “vəsaitlərini itirmiş zərərçəkmiş tərəf” kimi təqdim edir.
Qeyd edək ki, keçmiş nazir artıq 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. İstintaqın məlumatına görə, o və digər təqsirləndirilənlər 2012–2018-ci illərdə “Sibir Enerji Şirkəti” və “Regional Elektrik Şəbəkələri” adlı iki enerji şirkətindən 4 milyard rubl vəsaiti mənimsəyiblər.
Həmçinin onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda və bu yolla 32,5 milyard rubl gəlir əldə etməkdə ittiham olunurlar.
Bundan əvvəl isə Krasnoyarskda bitum tədarükü zamanı 90 milyon rubl mənimsənilməsi faktı üzrə də yeni cinayət işi başlanmışdı.
Kateqoriyalar