6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Şahdağ Turizm Mərkəzində dava: Sürücü qaraj müdirinin burnunu sındırdı

12-sentyabr-2025
Şahdağ Turizm Mərkəzində dava: Sürücü qaraj müdirinin burnunu sındırdı
Yazı Ölçüsü:
Qusarda Şahdağ Turizm Mərkəzində dava olub.
"PostMedia" Oxu.az-a istinadən xəbər verir ki, hadisə turizm mərkəzinin qarajında baş verib. Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Zaur Abdullayev turizm mərkəzində sürücü vəzifəsində işləyir. Qaraj müdiri Nizami Manafov hər gün sürücüləri yığaraq onlara tapşırıq verirmiş.
Bir neçə gün öncə N.Manafov yenidən sürücülərə tapşırıq vermək üçün toplantı keçirir. Həmin vaxt onun tətbiq etdiyi qaydaya sürücü Z.Abdullayev etiraz edir. Etiraz mübahisə ilə nəticələnir və Z.Abdullayev N.Manafovun sifət nahiyəsinə kəllə ilə zərbə endirir.
Hadisə nəticəsində müdirin sifət nahiyəsi ciddi xəsarət alır, burnu sınır.
Hadisə yerinə polis əməkdaşları gəlirlər və sürücü saxlanılır.
Faktla bağlı cinayət işi başlanaraq, iş məhkəməyə göndərilir.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Z.Abdullayev aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla altı ay islah işləri cəzasına məhkum edilib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930