İspaniya çempionu "Barselona"nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının 7-ci turunda Çexiyanın "Slaviya" komandasına qarşı keçirilən oyunda (4:2) zədə alıb.
"PostMedia" xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu məhsuldar ötürmə ilə yadda qalıb və görüşün 61-ci dəqiqəsində əvəzlənib. Pedrinin sağ budunun ikibaşlı əzələsi zədələnib.
23 yaşlı futbolçunun bərpası üçün bir ay vaxt lazım olacaq.
Cari mövsümdə Pedri "Barselona"nın heyətində 25 oyuna çıxıb, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
