Azərbaycanda saxlanılan kriminal avtoritet Hindistana EKSTRADİSİYA EDİLƏCƏK
20-avqust-2025
Admin
Yazı Ölçüsü:
Azərbaycan yaxın günlərdə Hindistanın Carkhand ştatının ən çox axtarılan cinayətkarlarından biri olan Mayank Sinqhi (Sunal Kumar Mina kimi də tanınır) Hindistana təhvil verəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Məlumata görə, o, 2024-cü ilin oktyabrında Hindistan hakimiyyətinin tələbi ilə Bakıda saxlanılıb.
Bakı məhkəməsində aparılan araşdırmalardan sonra onun ekstradisiyası barədə qərar qəbul edilib.
Mayank Sinqh Carkhand əyalətində qəsb, qətl və digər ağır cinayətlərdə adı hallanan Aman Sahu qrupunun əsas üzvüdür. O, həmçinin qanqster Lourens Bişnoi ilə əlaqələrdə ittiham olunur və beynəlxalq zənglər vasitəsilə cinayət əməliyyatlarını təşkil etməkdə günahlandırılır.
Carkhand əyalətinin anti-terror bölməsinin komandası Rishav Kumar Jhoya 22 avqust 2025-ci il tarixində Bakıya səfər edərək Mayank Singhi təhvil alacaq və Hindistana aparacaq.
Bu, Charkhand polisinin tarixində xaricdən ekstradisiya olunan ilk cinayətkar olacaq.