—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Giləmeyvələr yüngül koqnitiv pozuntular zamanı yaddaşı yaxşılaşdıra bilər

24-fevral-2026
Türkan Nəbi
Giləmeyvələr yüngül koqnitiv pozuntular zamanı yaddaşı yaxşılaşdıra bilər
Yazı Ölçüsü:
Kampinas Universitetinin alimləri müəyyən ediblər ki, giləmeyvələrin müntəzəm qəbulu yüngül koqnitiv pozuntuları olan insanlarda yaddaş göstəricilərini bir qədər yaxşılaşdırır, eyni zamanda iltihabı azaldır və piylənmə zamanı insulin həssaslığını artırır.
"PostMedia" xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Son 20 ilin klinik araşdırmalarının təhlili göstərib ki, ən stabil müsbət təsir məhz yaddaş sahəsində müşahidə olunur. Bu effekt xüsusilə demensiyanın ilkin mərhələsi sayıla bilən yüngül koqnitiv pozuntuları olan şəxslərdə nəzərə çarpır.
Alimlər bu təsiri giləmeyvələrdə bol olan polifenollarla əlaqələndirirlər. Bu maddələr xroniki iltihabı və oksidativ stressi azaltmağa kömək edir.
Eyni zamanda vurğulanır ki, giləmeyvələrin demensiyanın qarşısını aldığına dair kifayət qədər sübut yoxdur. Buna baxmayaraq, tədqiqatçılar giləmeyvələrin qida rasionuna daxil edilməsini yaddaş və metabolik sağlamlığın qorunması üçün sadə və təhlükəsiz üsul kimi tövsiyə edirlər.
Kateqoriyalar