N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Gürcüstanda qeydiyyata düşməyən tibb bacıları və akuşerlər 2500-dək manat cərimə olunacaq

26-yanvar-2026
Türkan Nəbi
Gürcüstanda qeydiyyata düşməyən tibb bacıları və akuşerlər 2500-dək manat cərimə olunacaq
Yazı Ölçüsü:
Gürcüstanda tibb bacıları və akuşerlar dövlət reyestrində qeydiyyatdan keçməlidirlər.
"PostMedia" xəbər verir ki, Gürcüstanın rəsmi nəşrində yayılan məlumata görə, bazanın aparılması qaydası 26 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.
Sənəddə qeyd olunur ki, reyestr dövlət və qeydiyyat şəhadətnamələrinin verilməsi, dayandırılması, uzadılması və ləğv edilməsi ilə bağlı vahid məlumat bazasının formalaşdırılması üçün yaradılır.
Tibb bacıları və akuşerlar elektron ərizəni sayt vasitəsilə təqdim etməlidirlər.
Ərizədə şəxsi məlumatlar, şəxsi nömrə, doğum tarixi, təhsil haqqında məlumat və kvalifikasiyanı verən orqanın adı göstərilməlidir.
Xarici vətəndaşlar isə ərizəni kağız üzərində təqdim etməlidirlər (pasport və təhsil sənədi ilə birlikdə) və bu, Sosial Xidmətlər Agentliyinin yerli şöbəsinə aparılmalıdır.
Ərizənin nəticələri barədə məlumat göstərilən nömrəyə mesaj və/və ya elektron sistem vasitəsilə, kağız sənədlər təqdim olunarsa, elektron poçt vasitəsilə göndəriləcək.
Yeni qüvvəyə minən qaydalara görə, tibb bacısı və ya akuşer kimi işləmək üçün şəxslər dövlət qeydiyyat şəhadətnaməsi və ya sertifikat almalıdırlar.
Qeydiyyatsız işləyən şəxslər 2 000 lari (təxminən 1 260 manat) cərimə olunacaq, təkrar pozuntu isə 4 000 lari (təxminən 2500 manat) cərimə ilə nəticələnəcək.
Kateqoriyalar