N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Yekaterinburqda Azərbaycan icmasının rəhbəri həbs edilib

03-dekabr-2025
Türkan Nəbi
Yekaterinburqda Azərbaycan icmasının rəhbəri həbs edilib
Yazı Ölçüsü:

Ural bölgəsində Azərbaycan icmasının yeni rəhbəri Vidadi Mustafayev barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

"PostMedia" xəbər verir ki, bu barədə qərarı Verx-İsetski rayon məhkəməsi çıxarıb.

Məhkəmənin qərarına əsasən, Mustafayev 2026-cı il yanvarın 31-dək, yəni iki ay müddətinə istintaq təcridxanasında saxlanılacaq.

Xatırladaq ki, Vidadi Mustafayev barəsində “xüsusilə böyük məbləğdə dələduzluq” maddəsi ilə cinayət işi başlanıb. Onun vəkilinin sözlərinə görə, işin əsasında Azərbaycan vətəndaşı Sadatov soyadlı şəxsin şikayəti dayanır. Zərərçəkmiş iddia edib ki, Mustafayev “onu aldadaraq 16 milyon rubl pulunu ələ keçirib”. Mustafayev isə ittihamları özünə qarşı böhtan adlandırır.

Mustafayevin vəkilinin bildirdiyinə görə, tərəflər arasında əvvəllər dostluq münasibətləri olub. Lakin sonradan məlum olub ki, Sadatov müəyyən şübhəli fəaliyyətlərdə iştirak edib və bundan sonra aralarında konflikt yaranıb.

“İttihamda göstərilən 16 milyon rubl həqiqəti əks etdirmir — real məbləğ daha azdır. Sadatovun sözlərinə görə, guya bu pulu Mustafayevə yatırım layihəsi çərçivəsində verib, lakin layihə həyata keçməyib. Əslində isə hər hansı öhdəlik və ya anlaşma olmayıb. Onlar sadəcə yaxın münasibətdə olublar,” — deyə vəkil Nikolay Solomin bildirib.

Vəkil əlavə edib ki, iş üzrə müsadirə edilən Porsche Cayenne avtomobili həqiqətən Mustafayevə verilib, lakin bu, ittihamda göstərildiyi kimi “məsələni həll etmək” məqsədilə olmayıb. Onun sözlərinə görə, Sadatov sadəcə avtomobilin Gürcüstandan gətirildikdən sonra qeydiyyata alınmasına yardım edib.

Mustafayevin müdafiəsi Verx-İsetski məhkəməsinin qərarından şikayət verəcək və apellyasiya müraciəti təqdim edəcək.


Kateqoriyalar