N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Azərbaycandan Rusiyaya gedənlərin sənədlərinin saxtalığını süni intellektlə yoxlanacaq

02-dekabr-2025
Türkan Nəbi
Azərbaycandan Rusiyaya gedənlərin sənədlərinin saxtalığını süni intellektlə yoxlanacaq
Yazı Ölçüsü:

Rusiyalı alimlər süni intellekti saxta sənədlərlə həyata keçirilən fırıldaq hücumlarını aşkar etməyə öyrədəcəklər. "PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi "Smart Engines" şirkətinə istinadən xəbər verib.

Məlumata görə, bunun üçün Rusiya, MDB ölkələri və digər dövlətlərdən olan saxta pasportların 8 min görüntüsü xüsusi məlumat bazasında birləşdirilib.

Belə ki, “Smart Engines” şirkətinin tədqiqatçıları Rusiyada ilk genişmiqyaslı saxta sənədlər məlumat bazası olan MIDV-DM-i təqdim ediblər. Bazada Rusiya, MDB ölkələri, o cümlədən Azərbaycan, eləcə də digər dövlətlərdən olan pasport və şəxsiyyət vəsiqələrinin nümunələri yer alır. Nümunələr ən çox yayılmış saxtalaşdırma üsullarından istifadə edilməklə hazırlanıb.

Şirkətdən bildirilib ki, bu məlumat bazası dünya üzrə inkişaf etdiricilərə süni intellekt əsaslı fırıldaqçılığa qarşı mübarizə sistemlərini təlimləndirmək və təkmilləşdirmək imkanı verəcək.

Baza Rusiya daxili pasportları ilə yanaşı Azərbaycan, Latviya, Estoniya, Finlandiya və digər ölkələrin milli pasport və ID kartlarının nümunələrinə əsaslanır. Mütəxəssislər saxtalaşdırma prosesində müxtəlif manipulyasiyalar tətbiq ediblər: “donor” sənəddən mətn sahələrinin və ya fotoşəkillərin köçürülməsi, sənəd sahələrinin “maskalanması”, müxtəlif fraqmentlərin bir şəkilə birləşdirilməsi və sənədlərə yad obyektlərin – simvolların, holoqramların və digər elementlərin əlavə olunması.

Kateqoriyalar