azırda Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyət müddətinin 2036-cı ilə qədər uzadılması mərhələsindədirlər və bundan sonra daha 10 il – 2046-cı ilə qədər uzadılması imkanları nəzərdən keçiriləcək.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində çıxışı zamnaı deyib.
Paşinyanın sözlərinə görə, bu dövr ərzində Ermənistan yeni atom reaktorunun tikintisi ilə bağlı strateji qərar qəbul etməlidir. Bu məsələ Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya ilə müzakirə olunur və bütün tərəfdaşlarla proses şəffaf şəkildə aparılır.
Baş nazir vurğulayıb ki, atom enerjisi ilə bağlı qərar uzunmüddətli iqtisadi və maliyyə hesablamalarına əsaslanmalıdır. Onun sözlərinə görə, hazırkı hesablamalara əsasən, mövcud nüvə yanacağı ehtiyatları təxminən 70 il üçün yetərlidir və bu, gələcəkdə enerji qiymətlərinə ciddi təsir göstərə bilər.
Paşinyan qeyd edib ki, istifadə olunmuş nüvə yanacağının təkrar istifadəsi istiqamətində də texnoloji inkişaflar mövcuddur və bu sahədə yeni imkanlar araşdırılır. O, atom stansiyasının tikintisinə yatırılacaq 4–6 milyard dollarlıq investisiyanın gələcəkdə iqtisadi baxımdan səmərəli olmasının vacibliyini xüsusi vurğulayıb.
Baş nazir əlavə edib ki, uranın qiymətində mümkün kəskin artımlar layihənin iqtisadi effektivliyinə ciddi təsir göstərə bilər və buna görə bütün risklər detallı şəkildə təhlil olunmalıdır. Paşinyanın sözlərinə görə, bu, Ermənistan üçün taleyüklü və strateji əhəmiyyət daşıyan bir qərardır və tələskənliyə yol verilməməlidir.