—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyanın Tehrana səfəi zamanı Ermənistan–İran strateji əməkdaşlıq sənədi imzalanacaq

11-fevral-2026
Admin
Paşinyanın Tehrana səfəi zamanı Ermənistan–İran strateji əməkdaşlıq sənədi imzalanacaq
Yazı Ölçüsü:

İran və Ermənistan arasında strateji əməkdaşlığa dair hərtərəfli sənədin bu il Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana planlaşdırılan səfəri zamanı imzalanacağı gözlənilir.

"PostMedia" xəbər verir ki, bunu İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami bildirib.

O, bu barədə fevralın 11-də İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, ötən il ərzində iki ölkə arasında 12 əməkdaşlıq memorandumu imzalanıb, müdafiə və təhlükəsizlik sahəsində əlaqələr genişlənib, ticarət dövriyyəsi isə 698 milyon dollara çatıb. Hədəf bu göstəricini gələcəkdə 3 milyard dollara yüksəltməkdir.

O vurğulayıb ki, Tehran və İrəvan münasibətləri institusionallaşdıraraq onları hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı planlaşdırır. İran Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini və regionda kommunikasiyaların açılmasını vacib hesab etdiyini bəyan edib.

Şirqolami əlavə edib ki, İran güclü, inkişaf etmiş və firavan Ermənistan görmək istəyir və bu istiqamətdə əməkdaşlığı genişləndirməyə hazırdır.

Kateqoriyalar