6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb

11-fevral-2026
ABŞ vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb
Yazı Ölçüsü:

“Azərbaycana səfər etdiyim üçün çox şadam”.

"PostMedia" xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərindən sonra hava limanında jurnalistlərə bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevlə bir sıra mühüm məsələləri müzakirə edib.

Vens vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda sülh və ticarətin inkişafı müharibəni əvəz edəcək.

ABŞ vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb və buna görə İlham Əliyevə təşəkkür edib.

İlham Əliyevi nüfuzlu qlobal lider kimi xarakterizə edən Vens, dövlət başçısı ilə regional və qlobal məsələlər, eləcə də terrorizmlə mübarizə mövzularını müzakirə etdiklərini qeyd edib.

“Beləliklə, bu, möhtəşəm bir səfər idi”, – deyə Vens əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930