6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Nikol Paşinyan: "Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı bütün məsələlər həll olunmayıb"

11-fevral-2026
Nikol Paşinyan: "Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı bütün məsələlər həll olunmayıb"
Yazı Ölçüsü:

Ermənistan və Azərbaycan liderlərinin insan qardaşlığına görə “Zayed” mükafatını qəbul etməsi onu göstərir ki, hər iki tərəf bir daha ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu təsdiqləyir.

"PostMedia" xəbər verir ki, bunu fevralın 11-də keçirilən hökumət saatı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Onun fikrincə, bu addım Ermənistan ətrafında müsbət mühit formalaşdırır.

“Bu o demək deyil ki, münaqişə ilə bağlı bütün məsələlər həll olunub. Amma münaqişə başa çatıb ki, bu da münaqişə ilə bağlı problemlərin həlli üçün ilkin şərtlər yaradır. Bu imkanlardan düzgün istifadə etməyi bacarmaq lazımdır,” – deyə Paşinyan vurğulayıb.

O, həmçinin bir daha qeyd edib ki, sülh “həmişə qayğı və diqqət tələb edir”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930