6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya Makronun müşavirinin Moskvaya səfəri ilə bağlı məlumatları təkzib etməyib

05-fevral-2026
Rusiya Makronun müşavirinin Moskvaya səfəri ilə bağlı məlumatları təkzib etməyib
Yazı Ölçüsü:

Kreml Fransa prezidenti Emmanuel Makronun müşavirinin Moskvaya səfəri ilə bağlı yayılan məlumatları nə təsdiqləyib, nə də təkzib edib.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RIA Novosti"yə açıqlamasında bildirib.

“Biz bilirik ki, Yelisey sarayı da bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Həmrəylik nümayiş etdirərək biz də onu nə təsdiqləyəcəyik, nə də təkzib edəcəyik”, – deyə Peskov qeyd edib.

Daha əvvəl Makronun müşavirinin Rusiya Prezidenti Vladimir Putinin köməkçisi ilə danışıqlar apardığı barədə məlumat yayılmışdı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930